“Abşeron xəstəxanasında qanlı insident: baş həkimin müavini bıçaqlandı

Kriminal

Abşeron xəstəxanasında baş həkimin müavini bıçaqlandı.
Abşeron Rayon Mərkəzi Xəstəxanasında baş həkimin müavini Orxan Ənvərli bıçaqlanıb. İlkin məlumata görə, hadisə əvvəllər həmin tibb müəssisəsində çalışmış və sonradan işdən azad edilmiş əməkdaşın hücumu nəticəsində baş verib. Ənvərli bıçaq xəsarəti alıb.

Hadisədən sonra xəstəxanaya polis əməkdaşları cəlb olunub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elçin Balayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, Orxan Ənvərli daha əvvəl TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri vəzifəsində çalışıb. 2026-cı ilin yayında həmin vəzifədən azad edilərək Abşeron Rayon Xəstəxanasına baş həkimin müavini təyin olunub.

MUASİRMEDİA.AZ


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir