Paşinyan: Türkmənistanda İlham Əliyev və Vladimir Putinlə təmaslar mümkündür

Siyasət

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə təmaslarının mümkün olduğunu bildirib.

Paşinyanın sözlərinə görə, hazırda Əliyev və Putinlə rəsmi ikitərəfli görüşlər planlaşdırılmayıb. Lakin liderlər eyni tədbirdə iştirak etdikləri üçün qeyri-rəsmi söhbət və təmasların baş verməsi mümkündür. O, belə görüşlərin əvvəl də əvvəlcədən planlaşdırılmadan, tədbir zamanı razılaşdırıldığını qeyd edib.

MDB sammiti 8–9 oktyabr tarixlərində Türkmənistanın “Avaza” Milli Turizm Zonasında keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev də oktyabrın 8-də sammitdə iştirak etmək üçün Türkmənistana səfər edib.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir