Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanında beynəlxalq hava uçuşları bu gün, 8 oktyabr 2026-cı ildə, yenidən bərpa olunub.
Məlumata görə, 40 günlük müharibə dövründə dayandırılan beynəlxalq uçuşlardan sonra ilk xarici aviaşirkət reysi Tehrana eniş edib.
İlk beynəlxalq reysi Iraqi Airways həyata keçirib. Təyyarə İraqın Nəcəf şəhərindən havaya qalxaraq Tehranın İmam Xomeyni hava limanına çatıb. Reysin qarşılıqlı istiqamətdə də həyata keçirilməsi nəzərdə tutulur.
Bu hadisə İranın beynəlxalq hava əlaqələrinin mərhələli şəkildə bərpası baxımından mühüm addım hesab olunur. Bununla belə, regionda təhlükəsizlik vəziyyəti və bəzi aviaşirkətlərin məhdudlaşdırılmış reys cədvəlləri səbəbindən uçuşların tam əvvəlki səviyyəyə qayıtması vaxt tələb edə bilər.
MM.AZ

