“Azərkosmos” Beynəlxalq Kosmik Hüquq İnstitutu ilə memorandum imzalayıb

Mədəniyyət

Azərbaycan Kosmik Agentliyi — “Azərkosmos” ilə Beynəlxalq Kosmik Hüquq İnstitutu (IISL) arasında kosmik hüquq sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. Sənəd 7 oktyabr 2026-cı ildə Antalyada keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi çərçivəsində imzalanıb.

Memorandumun əsas məqsədi kosmik hüquq sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və kosmosda hüququn aliliyinin gücləndirilməsidir.

Razılaşmaya əsasən, tərəflər kosmik hüquq üzrə birgə tədbirlər keçirəcək, universitetlərdə kosmik hüququn akademik proqramlara inteqrasiyasını təşviq edəcək, məlumat və təcrübə mübadiləsi aparacaqlar. Həmçinin kosmik hüquqla bağlı maarifləndirmə fəaliyyətlərinin genişləndirilməsi nəzərdə tutulur.

Əməkdaşlığın mühüm istiqamətlərindən biri Azərbaycanda kosmik qanunvericiliyin və tənzimləyici çərçivənin inkişafına ekspert dəstəyinin göstərilməsidir. Bu məqsədlə “Azərkosmos”un hüquqşünasları və IISL ekspertlərindən ibarət birgə işçi qruplarının yaradılması planlaşdırılır.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir