Polis Akademiyasında “Atma fəndlərinin təkmilləşdirilməsi” ü zrəpraktiki məşğələ keçirilib

İdman
Polis Akademiyasında kursantların peşə hazırlığının yüksəldilməsi, gələcək xidmət fəaliyyəti zamanı qarşılaşa biləcəkləri real vəziyyətlərdə zəruri fiziki bacarıq və vərdişlərə yiyələnmələri məqsədilə “Atma fəndlərinin təkmilləşdirilməsi” mövzusunda praktiki seminar keçirilib.
Seminar ikiqat Avropa və dördqat dünya çempionu, yunan-Roma güləşi üzrə tanınmış idmançı Rafiq Hüseynovun iştirakı ilə təşkil olunub. Praktiki məşğələ zamanı Rafiq Hüseynov kursantlarla öz idman təcrübəsini bölüşüb, atma fəndlərinin düzgün və peşəkar şəkildə icra olunması, eləcə də bu bacarıqların təkmilləşdirilməsi ilə bağlı praktiki tövsiyələrini verib. Məşq prosesi interaktiv şəkildə təşkil olunub, sual-cavab vasitəsilə kursantların mövzunu mənimsəmə səviyyəsi yoxlanılıb. Məşğələdə çoxlu sayda kursant iştirak edib. Onların arasından fəallıqları və praktiki tapşırıqların icrasında nümayiş etdirdikləri bacarıqlarla fərqlənərək təcrübəli idmançının diqqətini cəlb edənlərin gələcəkdə yunan-Roma güləşi üzrə keçiriləcək yarışlarda iştirak etmələri məqsədilə dəvət edilə biləcəkləri bildirilib.
MUASIRMEDIA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir