Şirvanda azyaşlı qızdırmadan ölüb

Səhiyyə

Şirvan şəhəri M.Rəsulzadə küçəsində yaşayan 2015-ci il təvəllüdlü Əli Xəyyam oğlu Vəliyev Şirvan Şəhər Xəstəxanasında qızdırmadan ölüb.İlkin məlumata görə, evdə müalicə olunan ƏliVəliyevin bir həftəyə yaxın hərarəti aşağı düşməyib.
Son anda xəstəxanaya gətirilsə də, onun həyatını xilas etmək olmayıb. Azyaşlının ölümü ilə bağlı xəsətxanadan verilən şifahi məluatda qeyd ounub ki, 20.05.2024- cü il 05:31 radələrində 2015-ci il təvəllüdlü (cinsi kişi) Şirvan şəhər sakini dəqiqləşdirilməmiş virus infeksiyası, aqonal hal diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə daxil olub. 05:41 radələrində həkimlərin səyinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

MM.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir