Yolun ortasında namaz qılan sürücü cəzalandırıldı

Dünya

Rusiyanın Vladivostok vilayətində avtobus sürücüsü şəhərin mərkəzində avtobusu saxlayaraq namaz qıldığına görə 500 rubl cərimələnib
Amur Mash teleqram kanalı məlumat yayıb.

“24 yaşlı sürücü namaz qılmaq üçün maşını əsas meydanın və Primorye hökumət binasının yaxınlığındakı dayanacaqda saxlayıb. Bununla da o, qaydaları pozub və hərəkət iştirakçılarına maneə yaradıb”, – məlumatda deyilir.

Mənbənin sözlərinə görə, bir neçə sərnişin sürücünün geri dönməsini gözləmədiyi üçün avtobusu tərk edərək piyada gediblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları sürücü barəsində protokol tərtib ediblər.

MUAASİRMEDİA.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir