13 may Vətən Müharibəsi Qəhrəmanı, şəhid XTQ baş-giziri Mehrab Söhrab oğlu Niftəliyevin doğum günüdür. Allah bütün Şəhidlərimizə rəhmət etsin inşallah. Baş-gizir Niftəliyev 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mehrab Niftəliyev noyabrın 8-də Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
MUASİRMEDİA.AZ