Hərbi Prokurorluqda Kadr islahatları davam etdirilir
 Azərbaycan Respublikası Baş prokuroru Kamran Əliyevin müvafiq əmri ilə Naxçıvan Hərbi Prokurorluğunun böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Məmmədov Bəhruz Şükür oğlu tutduğu vəzifədən azad olunub.
O, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
MUASİRMEDİA.AZ

 
			 
						 
						