Şəkərli diabeti sağaldan yol: Məşhur rus həkimi Sergey Botkinin hekayəsi

Səhiyyə
Bir gün tanınmış həkim Sergey Petroviç Botkinin yanına varlı bir tacir gəlir. O, şəkərli diabetdən, artıq çəkidən və yüksək qan təzyiqindən əziyyət çəkirdi.
Botkin yalnız bir şərtlə müalicəyə razı olduğunu deyir: tacir ayaqyalın, yalnız bir parça çörək götürərək, cibində heç bir pul olmadan piyada Odessaya yola çıxmalıdır.
Tacir eşitdiklərindən sarsılır. Amma başqa çıxış yolu yox idi – xəstəlikləri sağalmaz sayılırdı. Beləliklə, razılaşır və yola düşür. Yolda o, kəndlərdə sığınacaq tapır, təsadüfi yeməklərlə qidalanır, min kilometrlərlə piyada yol gedir. Nəhayət, 2 000 kilometrdən çox məsafəni qət edərək Odessaya çatır.
Məşhur həkimin yanına gələndə Botkin ona diqqətlə baxır və təəccüblə soruşur:
– Bəs sən niyə bura gəlmisən? Axı sən tamamilə sağlam adamsan!
Tacir isə heyrət içində qalır. Amma həqiqət aydın idi: artıq nə piylənmə, nə şəkərli diabet, nə də hipertoniya xəstəliyindən əsər-əlamət qalmışdı.
Bu hekayə göstərir ki, çox vaxt sağlamlığın açarı bahalı dərmanlarda deyil, hərəkətdə, təbii qidalanmada və sadə həyat tərzindədir.

MUASİRMEDİA.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir