Deputat Ceyhun Məmmədovun iş tapa bilməyənlərə cavabı

Cəmiyyət
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov Qarabağa qayıdan vətəndaşların iş tapa bilməməsi barədə narazılıqlara cavab verib.
Deputat bildirib ki, işğaldan azad olunmuş ərazilərdə dövlət tərəfindən işlə təmin olunmaq üçün zəruri şərait yaradılıb və vətəndaşlara müxtəlif iş imkanları təklif olunub: “İşləmək istəyən üçün iş var. Təəssüf ki, insanların hamısı işləmək istəmirlər”.
Məmmədov əlavə edib ki, müavinətlərin çox verilməsinin mənfi tərəfi insanların asılılığa öyrəşməsi ola bilər: “Müavinət verə-verə insanları daha çox ələbaxımlılığa öyrədirik. Buna baxmayaraq dövlət hələ də dəstək göstərməyə davam edir.
”MM.AZ
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir