İkinci Qarabağ müharibəsində isə iki oğlu ilə döyüşən şəhid Müşviq Abbasov

HƏRBİ

Birinci Qarabağ Müharibəsində iki qardaşı, İkinci Qarabağ müharibəsində isə iki oğlu ilə döyüşən şəhid Müşviq Abbasov. Birinci Qarabağ müharibəsində 2 qardaşı ilə birgə bir çox döyüşlərdə və hərbi əməliyyatlarda iştirak etmişdi, Ağdam şəhərinin kəşfiyyat komandiri təyin olunmuşdu. Müharibə bitdikdən sonra Mingəçevirdə yaşayıb. Tovuz döyüşləri zamanı hərbi komissarlığa oğulları ilə birgə getsə də, onu qəbul etməmişdilər. Müşviq Abbasov və 2 oğlu Vətən müharibəsində döyüşə başladılar. Kiçik oğlu Şamil atası ilə çiyin-çiyinə döyüşüb, böyük oğlu İntiqam isə Suqovuşanda N saylı hərbi hissənin kəşfiyyat bölüyünün baş kəşfiyyatçısı olaraq döyüşlərdə iştirak etmişdi. Oktyabrın 5-də Ağdamın Qərvənd kəndi uğrunda döyüşdə şəhid olub.

MM.AZ