dünyanın ən böyük çiçəyi olan “Rafflesia”

Dünya
Söhbət dünyanın ən böyük çiçəyi olan “Rafflesia”dan gedir. Çiçəyin uzunluğu 1 metrə qədər, ağırlığı isə 11 kq-a qədər ola bilir.MUASİRMEDİA.AZ  xəbər verir ki,eyni zamanda ona “cəsəd çiçəyi” deyilir. Çünki çox pis qoxusu var.
“Rafflesia” çiçəyinə təbiətdə çox nadir rast gəlirlər. Onun ömrü də çox qısadır – təxminən 8 günə qədər yaşayır. Çiçək açanda çürümüş ət kimi çox pis qoxu yayır. Bu qoxu ilə milçəkləri özünə cəlb edir və tozlanır.

Fotoda gördüyünüz adam bioloq Septian Andriki və Chris Thorogood 13 ildir ki, İndoneziyada bu çiçəyi axtarırdılar. Bir neçə gün əvvəl nəhayət o çiçəyin açıldığı ana şahid oldular və onu çəkib bütün dünya ilə paylaşdılar. Hətta videoda bioloqlardan biri sevinc gözyaşlarını saxlaya bilmir.

MUASİRMEDİA.AZ