İlham Əliyev sinif yoldaşları ilə birlikdə

Cəmiyyət
İlham Əliyevin sinif yoldaşı Rauf Həsənli: “1967-ci ilin 1 sentyabrında çalınan ilk zəngdən 1977-ci ildə səslənən son zəngə qədər İlham Əliyevlə bir sinifdə oxuyub.
Bu şəkil də 1977-ci ildə orta məktəbin sonuncu sinfində çəkilib. Bizim sinif məktəbdə ən böyük sinif idi. 45 şagird var idi.

Bir dəfə İlham Əliyev 10-cu sinifdə oxuyanda bizi, yaxın sinif yoldaşlarını ad gününə dəvət etmişdi. Yadımdadır ki, bizi İlham Əliyevin anası, rəhmətlik Zərifə xanım Əliyeva qarşıladı. O, çox mehriban, istiqanlı qadın idi. Bizi yaxşı qarşıladı, çox sevindi ki, oğlunun sinif yoldaşları onun evinə qonaq gəliblər. Həmin gün Ümummili lider Heydər Əliyev özü də ad gününə gəlmişdi. O, hər birimizlə ayrı-ayrlıqda tanış oldu, danışdı. Sonra bizi tək qoydu. “İşlərim var” deyib getdi, yəni bizə sərbəstlik verdi. Biz çox yaxşı vaxt keçirdik. Şahmat, bilyard, tennis oynadıq. Gəzməyə də çıxdıq. Dedik, güldük, rəqs etdik, musiqilərə qulaq asdıq”.

MUASİRMEDİA.AZ