Göygöl Rayon İcra Hakimiyyətində Qarabağ müharibəsi şəhidi Aleksandr Abdullayevin həyat yoldaşı Dilşad Abdullayeva ilə görüş keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı şəhidin ailə üzvünü qəbul edərək onun müraciət və təkliflərini dinləyib.
Vətən uğrunda canını fəda edən şəhidlərin ailələrinə diqqət və qayğı göstərmək dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bildirilib ki, şəhid ailələri və qazilər ölkə rəhbərliyinin daim diqqətindədir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Söhbət zamanı şəhidin həyat və döyüş yolu, onun xatirəsinin xalqımız tərəfindən daim ehtiramla anıldığı vurğulanıb.



MUASİRMEDİA.AZ
