İmayıl Şıxlı son əsəri olan “Ölən dünyam” romanının ancaq iki fəslini özü yazmışdı

ƏDƏBİYYAT
İmayıl Şıxlı son əsəri olan “Ölən dünyam” romanının ancaq iki fəslini özü yazmışdı, qalan fəsillərini həyat yoldaşı Ümidə xanıma diktə etmişdi. Çünki o artıq yataq xəstəsi idi, gözləri görmürdü. Bu səbəbdən də yazıçı xanımıyla gecə-gündüz roman üzərində işləyirdi. İsmayıl Şıxlı romanı təxminən 6-8 aya xanımına diktə edib yazdırmışdı. Xanımı: “Bəzən gecə saat 4-ə, 5-in yarısına qədər diktə edirdi. Deyirdi məni dayandırma, təbim gəlib. Çox tələsirdi, deyirdim ay İsmayıl, bir az yavaş de, çatdıra bilmirəm. Gətirib çay verirdim, özüm də çay içirdim. Söhbət edə-edə yazırdıq. Onun roman üçün dediyi sözləri sinədən, bədahətən gəlirdi. Mən İsmayılın yazılarına qarışmırdım. Amma elə ki, xəstələndi, dedi ki, mənim sonumdur. Sən mütləq bu romanı mənim diktəmlə yazmalısan. Romanın adı da ayrıyıdı, ancaq sonda dedi ki, adı “Ölən dünyam” olsun. İsmayıl elə tələsirdi ki…Romanın son nöqtəsini qoyandan sonra sakit oldu”.
Bəy nəsli olduğuna görə bolşeviklər İsmayıl Şıxlının nəslini pərən-pərən salmışdılar. Yazıçının dayısı güllələnmişdi. Eyni zamanda 14 yaşlı dayısı qızı sürgündə – Sibir meşələrində ağac kəsimində iştirak etmişdi. Şıxlinskilərin böyük qismi sürgün olunmuşdu.
MUASİRMEDİA.AZ