Azərbaycanda yas mərasimləri keçirilərkən süfrə açılması, ehsan verilməsi uzun illərdir ənənə halını alıb. Bir neçə ildir yas mərasimlərində bol süfrələrin açılması ciddi şəkildə tənqid edilir. Lakin hələ də yas mərasimlərində dəbdəbəli ehsan süfrələrini tam yığışdırmaq mümkün olmayıb. Qeyd edək ki, ictimaiyyət tərəfindən ciddi şəkildə müzakirə edilən bu məsələ israfçılıq, özünü göstərmə və s. kimi də qiymətləndirilir. Doğrudur, bəzi rayon və kəndlərdə yas mərasimləri zamanı yemək verilməsi dayandırılıb və hamı bir qayda ilə süfrəyə çay, limon, halva və xurma verir. Ancaq bu nümunə bəzi bölgələrdə tətbiq olunur. Bu günlərdə Samux rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsinin ləğv edilməsi haqqında məlumat yayıldı. Yasda, əsasən, təkcə çay süfrəsinə icazə verilir. Yas mərasimlərində təntənəli ehsan süfrələrinin ləğv edilməsi təqdirolunası bir qərardır. Maraqlıdır, bu qərar bütün ölkə üzrə şamil oluna bilərmi?
Azərbaycanda yas mərasimləri ilə bağlı son illər aparılan təbliğatın müsbət nəticələri tədricən özünü göstərir. Müxtəlif rayon və bölgələrdə bu mərasimlərin daha səliqəli, mədəni və israfdan uzaq keçirilməsi ilə bağlı xoş xəbərlər eşidilir:
Din xadimlərinin də bu mövzuda düzgün mövqe ortaya qoymasının vacibliyi vurğulanır. Bildirilir ki, Peyğəmbərimizin (s.ə.s) dövründə yas mərasimləri sadə formada, üç gün ərzində keçirilir, əsas diqqət isə yas sahibinə dəstək olmağa yönəlirdi. Zamanla formalaşan bəzi adətlərin bu mahiyyəti dəyişdirdiyi qeyd olunur. Ümid edirik ki, aparılan təbliğat və maarifləndirmə nəticəsində cəmiyyət bu dəyərləri yenidən mənimsəyəcək və yas mərasimləri öz mahiyyətinə uyğun şəkildə keçirilməyə başlayacaq”, – ilahiyyatçı yekunlaşdırıb.
MM.AZ
