Solda Laçın Alayının əsgəri Əli Hümbətov və Tabor komandiri Qalib Abdullayev – Laçın rayonu Səfiyan kəndi
“Mən hədsiz dərəcədə ac idim. Azərbaycan mehmanxasında bufeti axtarmağa getdim. Bufetdə sərxoş gənclərlə rastlaşdım, rusa oxşayırdılar. Gecədən keçirdi. Mehmanxanada bu gənclər müxtəlif sözlərlə mənə sataşırdılar. Onlara heçnə izah etmək istəmirdim, dalaşmağa qalanda isə, gücüm yox idi. Otağıma qayıtdım. Otağımda uzun müddət oturmadım, çünki, çox ac idim. Növbətçiyə yaxınlaşdım. O yerində deyildi. Budur görürəm ki, dəhlizdə hərbi geyimdə olan bir nəfər gəlir. Xarici görkəmi çox ciddi idi. Fidel Kastronun gənclik illərinə oxşayırdı.Ona yaxınlaşdım və soruşdum: -“Siz ön cəbhədənsiniz? “O məni yuxarıdan aşağı nəzərdən keçirərək həvəssiz cavab verdi:- “Bəli”-“Mən də”-dedim. Qəzadan gərginlik içərisində olduğumu ona bildirdim. Göz yaşları içərisində ondan xahiş etdimki, məni bufetə ötürsün ki, yemək alım. Qəzadan danışdım, jurnalist olduğumu və buradakı sərxoş gənclərin mənə sataşdığını dedim. Onda o məni öz nömrəmə ötürdü və dedi : -“Mən özüm gətirərəm”. 10 dəqiqə sonra o ləzzətli qidalar gətirdi, əsasən də qızardılmış toyuq.Mən yemək yedim, o isə oturub mənə baxırdı. Görəsən o nə düşünürdü?! Dəqiqliklə 40 dəqiqədən sonra onun ardınca dostları gəldilər və onlar cəbhəyə yola düşdülər. Vidalaşanda o mənə öz şəklini verdi və beləcə mən bildimki, onun adı ABDULLAYEV QABİL CAMAL oğlu. Bir daha mən onu heç vaxt görmədim. Ümid edirəm ki, o sağ və salamatdır.”
Latviyalı jurnalist Tatyana Çaladzenin “Vətənləri Qarabağda onlar namusla həlak oldular” kitabından həmyerlimiz Qalib Camal oğlu Abdullayev haqqında bir parça.

MUASİRMEDİA.AZ
