Bu gün Azərbaycanın Milli Qəhrəmanı Canpolad Rzayevin həm doğum, həm də şəhidlik günüdür

HƏRBİ
Bu gün Azərbaycanın Milli Qəhrəmanı
Canpolad Rzayevin həm doğum, həm də şəhidlik günüdür.
Canpolad Yaqub oğlu Rzayev 1968-ci il fevralın 26-da Ağdam rayonunun Çuxurməhlə kəndində anadan olub.
Leytenant C. Rzayev Xramort, Xanabad, Əsgəran, Qarakənd və Gülablı kəndləri uğrunda gedən döyüşlərdə bir komandir kimi rəşadətlə vuruşub.
1992-ci il fevralın 26-da Xocalıda qətlə yetirilən insanların köməyinə öz tankı ilə gedərək düşmənin atəş mövqelərini məhv edib, xeyli insanın xilas olunmasına şərait yaradıb və son nəfəsinə qədər döyüşərək qəhrəmancasına şəhid olub.
Allah rəhmət eləsin!
Ruhu şad olsun!

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir