Dövlət başçısının bu gün imzaladığı Sərəncamla Orxan Rəcəb oğlu Səttarov Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi vəzifəsinə gətirilib.
Qeyd edək ki, Prezidentin mətbuat katibi vəzifəsi bir ildən çox idi ki, yeni təyinat gözləyirdi. Belə ki, 2025-ci il fevralın 17-də Azər Qasımov Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi vəzifəsindən azad edilmişdi.
Prezidentin mətbuat katibi dövlət başçısının fəaliyyətinə dair ictimaiyyətlə əlaqələrin idarə olunmasında əsas rol oynayır. Bu vəzifəyə əsadən aşağıdakılar daxildir:
– Prezidentin fəaliyyətini və qərarlarını cəmiyyətə, mətbuata və beynəlxalq ictimaiyyətə düzgün şəkildə çatdırmaq;
– Prezidentin mətbuat konfranslarını təşkil etmək, jurnalistlərin suallarını cavablandırmaq və dövlət başçısının bəyanatlarını təqdim etmək;
– Jurnalistlər və media orqanları ilə münasibətlər yaratmaq və gücləndirmək, mətbuat materiallarını hazırlamaq;
– Prezidentin şəxsi və dövlət başçısı kimi imicini qorumaq, müsbət görüntü yaratmaq;
– Dövlət başçısının müxtəlif fəaliyyətləri, siyasətləri və prioritetləri haqqında informasiya vermək;
– Prezidentin sosial media hesablarını və digər əlaqə kanallarını idarə etmək, ictimai rəy yaratmaq.
Bütün bu vəzifələr Prezidentin kommunikasiya strategiyasını düzgün şəkildə həyata keçirmək və onun siyasətini geniş auditoriyaya çatdırmaq məqsədi daşıyır.
MUASİRMEDİA.AZ
