Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib.
Təbrik mesajı Türkiyə Prezidentinin “X” hesabında yayımlanıb.
“Can Azərbaycanın 15 iyun- Milli Qurtuluş Gününü ən səmimi arzularımla ürəkdən təbrik edir, bir millətin iki dövləti, bir ürək daşıyan övladları olduğumuz bütün azərbaycanlı qardaşlarımıza Türkiyənin salam və məhəbbətini çatdırırıq”,- təbrikdə qeyd olunub.
MUASİRMEDİA.AZ
