Suraxanıda Aşura günü münasibətilə ənənəvi qanvermə aksiyası keçirilib-FOTO

Cəmiyyət
İyunun 25-də Aşura günü münasibətilə Suraxanı rayonunda yerləşən Qaraçuxur məscidində ənənəvi könüllü qanvermə aksiyası təşkil olunub.
Aksiyaya qoşulan hər bir donor əvvəlcə həkim-hematoloqlar tərəfindən tibbi müayinədən keçirilib. Müayinənin nəticələrinə əsasən donor olmasına tibbi göstəriş olan şəxslərdən qan götürülüb. Təxminən 500 nəfərin iştirak etdiyi aksiya çərçivəsində 150-dən çox donor qan verib.
Toplanan qan ehtiyatı laborator müayinələrdən keçirildikdən sonra talassemiya, hemofiliya, leykoz və digər qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Suraxanı rayonunda Aşura günü münasibətilə təşkil olunan bu ənənəvi humanitar aksiya cəmiyyətimizdə xeyriyyəçilik, həmrəylik və sosial məsuliyyət dəyərlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir