26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü

ölkə

26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü 🇦🇿 Bu gün müstəqil Azərbaycanın qürur mənbəyi, xalqımızın güvənc yeri olan Azərbaycan Ordusunun bayram günüdür.
Ordumuz təkcə ölkəmizin təhlükəsizliyinin təminatçısı deyil, həm də xalqımızın iradəsinin, birliyinin və yenilməz ruhunun simvoludur. Vətən torpaqlarının keşiyində ayıq-sayıq dayanan hər bir zabitə, gizirə, əsgərə və hərbi qulluqçuya dərin minnətdarlığımızı bildiririk. Onların göstərdiyi şücaət, fədakarlıq və vətən sevgisi hər bir Azərbaycan vətəndaşı üçün böyük qürur mənbəyidir. Bu əlamətdar gündə canlarını Vətən uğrunda fəda etmiş qəhrəman şəhidlərimizi sonsuz ehtiramla yad edir, qazilərimizə dərin hörmət və təşəkkürümüzü bildiririk. Məhz onların qəhrəmanlığı sayəsində Azərbaycan Bayrağı doğma torpaqlarımızda qürurla dalğalanır. Qoy üçrəngli bayrağımız daim uca zirvələrdə dalğalansın, Azərbaycan Ordusu hər zaman güclü, qüdrətli və qalib olsun. Allah Vətənimizi, xalqımızı və ordumuzu qorusun! 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə bütün hərbçilərimizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.
🇦🇿
Güclü Ordu – Güclü Dövlət! 🇦🇿 Yaşasın Azərbaycan Ordusu! 🇦🇿

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir