Türkiyədə zəlzələ baş verib

Hadisə

Türkiyədə 3,7 maqnitudalı zəlzələ baş verib

Türkiyədə seysmik aktivlik davam edir. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) son məlumatına görə, sentyabrın 3-də Manisa vilayətinin Yunusemre rayonunda 3,7 maqnitudalı zəlzələ qeydə alınıb.

Məlumata əsasən, yeraltı təkan saat 13:20:47-də baş verib. Zəlzələnin ocağı 11,73 kilometr dərinlikdə yerləşib.

Eyni bölgədə bundan bir neçə dəqiqə əvvəl və sonra daha kiçik təkanlar da qeydə alınıb. AFAD-ın məlumatlarında Manisanın Yunusemre rayonunda 3,2 maqnitudalı digər zəlzələnin də baş verdiyi göstərilir.

Hazırda 3,7 maqnitudalı zəlzələ ilə bağlı ciddi dağıntı və tələfat barədə məlumat yoxdur. Türkiyədə zəlzələ məlumatları AFAD və Kandilli Rəsədxanası tərəfindən operativ şəkildə izlənilir.

 Türkiyə aktiv tektonik zonada yerləşdiyindən ölkənin müxtəlif bölgələrində kiçik və orta güclü zəlzələlər tez-tez qeydə alınır.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir