Bütün sərvətindən məhrum olan Hacının Bakıdakı tekstil fabrikinin adı bolşeviklər tərəfindən dəyişdirilərək “Lenin tekstil fabrikası” qoyulur.
Bunu eşidən Hacı doktor Nǝrimanın yanına gedir və ona, – “Nəriman, mən öz pulumla türk xalqı üçün teatr tikdirdim və xalqımıza hədiyyə etdim. Dram cəmiyyəti adını Tağızadə qoydu, indi isə dəyişdirib Dadaş Bünyadzadə qoymusunuz. Buna heç bir etirazım yoxdur, çünki o da türkdür. Mənim öz pulumla tikdirdiyim tekstil fabrikini əlimdən aldınız. Buna da bir etirazım yoxdur. Çünki millət üçün işlədiləcəkdir deyirsiniz. Yalnız etirazım adını lənət olmuş Leninin adına qoymağınızadır. Mən o alçaq Leninə fabrik satmamışam. Əgər fabrikin adını dəyişdirib Nəriman qoysaydınız, yenə etiraz etməyəcəkdim!” – deyir.
MUASİRMEDİA.AZ
