5 oktyabrda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
Danışıq zamanı Azərbaycan-ABŞ ikitərəfli strateji tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib. Bundan başqa, Azərbaycan-Ermənistan normallaşma prosesi barədə fikir mübadiləsi aparılıb.
Tərəflər 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilmiş zirvə görüşündən sonra ikitərəfli münasibətlərdə əldə olunmuş irəliləyişləri də qeyd ediblər.
Görüşdə enerji, investisiya, rəqəmsal texnologiyalar və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunub.
MM.AZ
