Quba rayonunda keçirilən əməliyyat nəticəsində 19 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, əməliyyat zamanı əvvəllər məhkum olunmuş R. Əliyev və S. Talıbov saxlanılıb.
Onlardan ümumilikdə 19 kiloqram narkotik vasitə və psixotrop maddələr götürülüb. Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
MM.AZ
