Azərbaycanda avtobus istehsalı son 5 ildə 240 dəfəyə yaxın artıb

ölkə

Azərbaycanda avtobus istehsalında son illərdə ciddi artım qeydə alınıb.
Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, 2025-ci ildə ölkədə 477 ədəd ictimai sərnişin nəqliyyat vasitəsi istehsal edilib. Bu göstərici 2024-cü illə müqayisədə təxminən 4 dəfə, 2020-ci illə müqayisədə isə 239 dəfə çoxdur.

İstehsal olunan nəqliyyat vasitələrinin 249-u Bakının, 228-i isə Hacıqabulun payına düşüb. Bu artım Azərbaycanda avtobus istehsalının sənaye sahəsində getdikcə daha mühüm yer tutduğunu göstərir.

Artım 2026-cı ildə də davam edib. Yanvar–may aylarında Azərbaycanda 193 avtobus istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 dəfə çoxdur.

Avtobus istehsalının artması ilə yanaşı, ölkənin ictimai nəqliyyat parkının yenilənməsi də sürətlənib. Məsələn, 2026-cı ilin sentyabrında Bakıda marşrut xətlərinə cəlb olunan avtobusların sayı 2530-a çatdırılıb.
MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir