Saatlı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə oktyabrın 7-si saat 20:45 radələrində rayon ərazisində qeydə alınıb.
İlkin məlumata görə, Rəhman Məmmədov idarə etdiyi “Mercedes-Benz C180” markalı avtomobillə ötmə əməliyyatı zamanı idarəetməni itirib. Avtomobil əvvəlcə işıq dirəyinə, daha sonra yol kənarındakı dəmir-beton hasara çırpılıb.
Qəza zamanı avtomobildə olan sərnişinlər – sürücünün anası və 7 yaşlı bacısı Bahar Məmmədova xəsarət alaraq xəstəxanaya aparılıblar. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Sürücünün anasının da xəsarət aldığı bildirilir.
Faktla bağlı cinayət işi başlanıb və araşdırma aparılır. İlkin ehtimala görə, qəzanın səbəbləri arasında ötmə qaydasının pozulması və sürətin yol şəraitinə uyğun seçilməməsi göstərilir.
MM.AZ
