Azərbaycan Milli Qəhrəmanı Polkovnik Leytenant Riad Əhmədov

HƏRBİ
Azərbaycan Milli Qəhrəmanı
Polkovnik Leytenant
Riad Əhmədov
20.12.1956 – 26.01.1992
Riad Əhmədov Azərbaycan xalqının yetişdirdiyi ən mərd, cəsur və vətənpərvər oğullardan biri olmuşdur. O, həyatını Vətənə, torpağa və xalqa xidmətə həsr etmiş, şərəfli zabit yolu keçmişdir. Hər zaman döyüş yoldaşlarına örnək olmuş, öz iradəsi, mərdliyi və fədakarlığı ilə seçilmişdir.
Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda aparılan ağır və şərəfli mübarizədə qəhrəmancasına şəhid olaraq adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırmışdır. Onun göstərdiyi igidlik və şücaət bu gün də gənc nəsil üçün böyük örnəkdir.
Riad Əhmədov öz ömrü bahasına xalqına azadlıq, gələcək nəsillərə isə qürur dolu bir tarix bəxş etmişdir. O, heç zaman unudulmayacaq, adı daim ehtiramla anılacaqdır.
Şəhidimizin nəşi 30.09.2023 tarixində böyük hörmət və ehtiramla torpağa tapşırılmışdır. Bu gün onun xatirəsi xalqımızın qəlbində əbədi yaşayır, ruhu hər zaman bizimlədir.
Onun müqəddəs xatirəsi qarşısında baş əyirik.
Ruhu şad, məkanı cənnət olsun.
Vətən Sizinlə qürur duyur, qəhrəman oğul!

anıt ve yazı görseli olabilir
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir