Bakıda regionun mühüm müdafiə sənayesi tədbirlərindən biri olan “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir. Sərgi sentyabrın 30-dan oktyabrın 2-dək Bakı Ekspo Mərkəzində keçirilir.
Bu gün tədbirin üçüncü və son günüdür.
Budəfəki sərgidə iştirakçıların sayı əvvəlki tədbirlərlə müqayisədə artıb. Məlumata görə, sərgidə 53 ölkədən 280 şirkət və 59 xarici nümayəndə heyəti iştirak edir. Sərgidə müdafiə texnologiyaları, hərbi texnika, aviasiya və müxtəlif innovativ sistemlər nümayiş etdirilir.
Tədbir çərçivəsində Azərbaycan və digər ölkələrin müdafiə sənayesi qurumlarının nümayəndələri arasında görüşlər də keçirilir. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Türkiyə, Latviya və digər ölkələrin nümayəndələri ilə müdafiə sənayesi, yeni texnologiyalar və əməkdaşlıq imkanları müzakirə olunub.
muasirmedia.az
