Bakının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq

Cəmiyyət

Bu gün Bakının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilələr gözlənilir.
“Azəriqaz”ın məlumatına görə, fasilələr təmir-quraşdırma və qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədardır.

Məlumata görə, Xətai rayonunda A.Səhhət küçəsinin, Suraxanı rayonunun Bülbülə qəsəbəsində isə bir sıra küçələrin qaz təchizatında qısamüddətli məhdudiyyət yaranacaq.

Qazın verilişinin işlər başa çatdıqdan sonra bərpa ediləcəyi bildirilib.
Sakinlərə qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına riayət etmək tövsiyə olunur.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir