Gəncədə məktəb şagirdlərinin zəhərlənməsi araşdırılır

Təhsil

Gəncədə C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə şagirdlərin qida zəhərlənməsi ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun məlumatına görə, oktyabrın 1-də məktəbin 5 şagirdi qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət edib.
Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar və hazırda səhhətlərinin normal olduğu bildirilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları məktəbin bufetində yoxlama aparıblar. Şagirdlərin qida məhsullarını aldıqları bufetin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Məhsullardan nümunələr götürülərək laboratoriyaya göndərilib.

Zəhərlənmənin dəqiq səbəbi laboratoriya nəticələrindən və araşdırmanın yekunundan sonra müəyyənləşdiriləcək.
MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir