Beynəlxalq nəqliyyat gündəmində “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı açıqlama da diqqət çəkib.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Azərbaycan layihənin reallaşdırılmasını dəstəkləyir və onu perspektivli hesab edir. Marşrutun bir hissəsinin Azərbaycan ərazisindən keçməsi nəzərdə tutulur.
Bu dəhliz Rusiya, Azərbaycan və İran üzərindən nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi baxımından mühüm layihələrdən biri hesab olunur. Layihənin əsas məqsədlərindən biri yükdaşımaların daha səmərəli təşkil edilməsi və Avropa ilə Asiya arasında alternativ nəqliyyat marşrutlarının inkişafıdır.
Putin həmçinin layihənin həyata keçirilməsi üçün Rusiya tərəfindən kredit resurslarının ayrılmasına hazır olduqlarını bildirib.
MM.AZ
