Qırğızıstan ilk milli peykini kosmosa göndərib

Dünya

Dünyanın kosmik gündəmində Qırğızıstanla bağlı mühüm hadisə baş verib. Ölkə tarixində ilk dəfə milli peyk kosmosa göndərilib.

Peykin buraxılışı oktyabrın 1-də ABŞ-ın Kaliforniya ştatındakı Vandenberq bazasından SpaceX-in Falcon 9 raketi ilə həyata keçirilib. Peyk digər kosmik aparatlarla birlikdə orbitə çıxarılıb.

Peykin idarə edilməsi Bişkekdə yerləşən mərkəzdən həyata keçiriləcək.

Peykdən kənd təsərrüfatı torpaqlarının, meşələrin, su obyektlərinin, buzlaqların və otlaqların monitorinqində istifadə edilməsi planlaşdırılır. Bundan başqa, peyk məlumatlarının quraqlıq, daşqın, sürüşmə, sel və meşə yanğınları kimi təbii təhlükələrin izlənilməsinə kömək edəcəyi bildirilir.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir