Mən Rusam, Azərbaycan isə vətənimdir”.Milli Qəhrəman Yuri Kovalyovun şəhid olduğu gündür-FOTO

HƏRBİ

Ermənilərin başına 100 min rubl qoyduğu Milli Qəhrəman Yuri Kovalyovun şəhid olduğu gündür: “Mən azərbaycanlıyam, bu torpağın çörəyini yemişəmsə, suyunu içmişəmsə, ona da xidmət etməliyəm.
Rusam, Azərbaycan isə vətənimdir”. O, bir çox döyüş bölgələrində mərdliklə vuruşub. Kovalyov Goranboyun kəndlərinin azad edilməsində böyük şücaət göstərmişdi. Düşmən snayperləri onu dağlar, daşlar arasında da axtarırdı. Başına yüz min rubl qiymət qoyulmuşdu. General Məhəmməd Əsədovun və nazir müavini polkovnik Ramiz Məmmədovun Yura Kovalyova böyük rəğbəti var idi, Kovalyov onları tez-tez müşayiət edərdi. 1991-ci il 3 oktyabrda digər OMON-çu dostları – Sergey Barınin, Andrey Kudenin, Aleksandr Abramovla birlikdə Ağdam ərazisində Xocavənddən növbəti tapşırıqdan qayıdanda içində olduqları UAZ-ı ermənilər fasiləsiz olaraq atəşə tuturlar. Yuri Kovalyov həlak olur, Kudenin isə ağır yaralanır.
Ermənilər “UAZ”a yaxınlaşanda partlayış baş verir. Qəhrəmanlar ölüm ayağında belə bir neçə düşməni məhv edirlər.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir