Hər il 5 oktyabr tarixində qeyd olunan Beynəlxalq Müəllimlər Günü müəllimlərin cəmiyyətdəki mühüm rolunu ön plana çıxarır.,
Bu əlamətdar gün 1994-cü ildən UNESCO-nun təşəbbüsü ilə qeyd edilir və müəllimlərin hüquqları, əmək şəraiti və təhsilin inkişafındakı rolu ilə bağlı məsələlərə diqqət yetirilir.
Müəllim yalnız şagirdə dərs öyrədən şəxs deyil. O, gələcək nəslin dünyagörüşünün formalaşmasına, bilik və bacarıqlarının inkişafına, düzgün dəyərlər qazanmasına böyük təsir göstərir. Bir çox insanın həyatında ilk uğura gedən yolda ona dəstək olan, inanan və istiqamət göstərən məhz müəllimidir.
Bu gün məktəblərdə müəllimlərə həsr olunmuş müxtəlif tədbirlər, görüşlər və təbrik mərasimləri keçirilir. Şagirdlər müəllimlərini şeirlər, mahnılar, gül dəstələri və xoş sözlərlə təbrik edirlər.
Beynəlxalq Müəllimlər Günü bütün müəllimlərə hörmət və minnətdarlığın ifadəsidir. Onların səbr, zəhmət və fədakarlığı gələcəyin qurulmasında mühüm rol oynayır.
MUASİRMRFİA.AZ
