Oktyabrın 6-da səhər saatlarında Bakının bir sıra əsas yollarında nəqliyyat sıxlığı müşahidə olunub.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, Bakı-Sumqayıt şosesi, Ziya Bünyadov prospekti, Heydər Əliyev prospekti, Babək prospekti, Tbilisi prospekti, 8 Noyabr prospekti, Aeroport şosesi və digər istiqamətlərdə sıxlıq yaranıb.
Ümumilikdə 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq qeydə alınıb. Bu vəziyyət səhər saatlarında işə və məktəbə gedən vətəndaşların hərəkətinə təsir göstərib.
MM.AZ
