Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə 5 oktyabr axşam saatlarında qeydə alınsa da, 6 oktyabr gündəmində də əsas hadisələrdən biri olub.
FHN-in məlumatına görə, yanğın onmərtəbəli binanın 8-ci mərtəbəsində yerləşən 143 kvadratmetrlik mənzilin mətbəxində baş verib.
Yanğın nəticəsində mətbəxin 20 kvadratmetr sahədə yanar konstruksiyaları və şaxtada 15 metr elektrik kabeli yanıb. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb.
Təhlükəsizlik məqsədilə bina sakinləri təxliyə edilib. Hadisə zamanı xəsarət alan olmayıb.
MM.AZ
