Biləsuvar şəhərinin Nizami küçəsində atışma hadisəsi qeydə alınıb. Rayon sakini, 1983-cü il təvəllüdlü Cəfərov Elməddin Əzizağa oğlu həmyerlisi tərəfindən güllələnib. Nəticədə, qıçından xəsarət alan yaralı Biləsuvar Mərkəzi Xəstəxanasına aparılıb. Hadisənin səbəbləri və digər təfərrüatlar araşdırılır.
MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU BİLƏSUVAR
YAQUB MEHDİ OĞLU BİLƏSUVAR