Nizami rayonundan olan şəhidimiz, “Vətən Müharibəsi Qəhramanı” adına layiq görülmüş, Azərbaycan Ordusunun mayoru olan Amid Heydərovu tanıyaq. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amid Heydərov bu istiqamətdə gedən döyüşlər zamanı böyük şücaət göstərmişdir. İgidimiz döyüş tapşırıqlarının icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün cənab Prezident İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə də təltif edilmişdir.
Şəhidimizin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara Ulu Tanrıdan səbr diləyirəm. Allah Amid Heydərov başda olmaqla bütün şəhidlərimizə rəhmət eləsin! Sayənizdə.

MUASİRMEDİA.AZ
