Pakistan Səudiyyə Ərəbistanından 3 milyard dollar maliyyə dəstəyi əldə edib

Dünya
Pakistan xarici valyuta ehtiyatlarını artırmaq məqsədilə Səudiyyə Ərəbistanından 3 milyard dollar məbləğində yeni maliyyə dəstəyi əldə edib və vəsaitin bir həftə ərzində daxil olacağı gözlənilir.
Məlumata görə, ölkə bu dəstəyi Birləşmiş Ərəb Əmirliklərinə qaytarmalı olduğu 3 milyard dollarlıq krediti kompensasiya etmək üçün istifadə edəcək.
Qeyd edək ki, bu, İranla müharibə təhlükəsi zamanı Pakistanın Səudiyyənin yanında yer almasından sonra baş verib.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir