Bu gün XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin doğum günüdür.
1938-ci il yanvar ayının 5-də SSRİ Ali Məhkəməsinin 20 dəqiqəlik məhkəmə iclası Müşfiq barəsində güllələnmə qərarı verir. Hökm bir gün sonra yanvarın 6-da Nargin adasında yerinə yetirilir.
Mikayıl Müşfiq — 118 yaş… Ruhu şad olsun!
“Sənə qurban”
Deyirsən, yanında qalacağam mən,
Çox gözəl fikirdir, qal, sənə qurban!
Nə zaman istəsən əziz canımı,
Qumral gözlərinlə al, sənə qurban!
Gəlmiş hüzuruna bir qara dağlı,
Bir qara qulundur, qolları bağlı,
Gəl çəkmə sinəmə sən hicran dağı,
Gümüş topuğunda xal, sənə qurban!
Sən Müşfiqin yanında,
Qalginən, sənə qurban,
İstəsən bu canımı,
Alginən, sənə qurban…
Daha azını gör
Allah rəhmət eləsin!
MUASİRMEDİA.AZ
