Türkiyədə Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub

Dünya

Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub.

“Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyi məlumat yayıb.

Bildirilib ki, hadisə avqustun 25-də baş verib. Liberiya bayrağı altında üzən, “Statu Dənizçilik” şirkətinə məxsus “STAR-2” quru yük gəmisi Tuapse limanını tərk edərkən dron hücumuna məruz qalıb.

Məlumata görə, gəminin göyərtəsində 15 azərbaycanlı və 4 türkiyəli dənizçi olub. Hücum nəticəsində xəsarət alanların olmadığı bildirilir.
MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir