Yaxın Şərqdə vəziyyəti ağırlaşdıran digər amil Yəməndəki husilərin Səudiyyə Ərəbistanının enerji obyektlərinə qarşı hücumlarıdır.
Məlumatlara görə, Səudiyyə ərazisindəki neft infrastrukturu yeni hücumların hədəfinə çevrilib. Bu vəziyyət həm enerji obyektlərinin təhlükəsizliyi, həm də Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçən ticarət yolları ilə bağlı riskləri artırır.
Əgər dəniz yollarında təhlükə daha da böyüsə, Asiya, Avropa və Yaxın Şərq arasında yükdaşımaların qiyməti və müddəti arta bilər.
MM.AZ
