9 sentyabrın diplomatik gündəmində İsrail-Fələstin məsələsi də mühüm yer tutur.
Böyük Britaniya İordan çayının qərb sahilindəki İsrail yaşayış məntəqələri ilə bağlı yeni sanksiya tədbirləri elan edib. Tədbirlərin qanunsuz yaşayış məntəqələrindən idxala məhdudiyyətlər və onların genişləndirilməsinə kömək edən şirkət və şəxslərə qarşı sanksiyaları əhatə etdiyi bildirilir.
Bu qərar Londonun İsrail-Fələstin münaqişəsinə münasibətində daha sərt diplomatik mövqe nümayiş etdirdiyini göstərən mühüm addımlardan biri kimi qiymətləndirilir.
MM.AZ
