30 oktyabr 1923: Türkiyə Cümhuriyyətinin ilk hökuməti quruldu.
29 oktyabr 1923-cü ildə Türkiyədə Cümhuriyyət elan edildi. Ertəsi gün — 30 oktyabrda isə ölkənin ilk Cümhuriyyət hökuməti İsmet İnönünün rəhbərliyi ilə formalaşdırıldı.
Türkiyənin siyasi tarixində mühüm yer tutan bu hadisə yeni dövlət idarəçiliyinin qurulması istiqamətində atılan əsas addımlardan biri idi.
Cümhuriyyətin elan edilməsindən sonra Mustafa Kamal Atatürk Türkiyənin ilk prezidenti seçildi və hökuməti qurmaq vəzifəsini İsmet İnönüyə həvalə etdi. İnönünün hazırladığı hökumət Türkiyə Böyük Millət Məclisindən etimad aldı.
İsmet İnönü həm dövlətin ilk baş naziri, həm də xarici işlər naziri vəzifələrini icra edirdi. Onun rəhbərlik etdiyi ilk hökumət yeni respublikanın siyasi və inzibati əsaslarının möhkəmləndirilməsi prosesində mühüm rol oynadı.
Bu dövrdə Türkiyə Osmanlı imperiyasından respublika idarəçiliyinə keçidin nəticələrini yaşayır, yeni dövlət institutlarının formalaşdırılması istiqamətində addımlar atırdı.
MUASİRMEDİA.AZ
