Milli Məclisdə 11 qanun layihəsi: Hansı dəyişikliklər müzakirə olunacaq?

Siyasət

30 oktyabrda Milli Məclisin plenar iclasının gündəliyinə 11 məsələ daxil edilib. Deputatlar əmək qanunvericiliyi, hərbi xidmət, telekommunikasiya, pulsuz hüquqi yardım, sosial müdafiə və digər istiqamətlərlə bağlı qanun layihələrini müzakirə edəcəklər.

İclasın gündəliyində həm üçüncü oxunuşda olan layihələr, həm də ilk dəfə müzakirəyə çıxarılacaq sənədlər yer alır.

Gündəliyə daxil edilən əsas məsələlər.
  1. Mərkəzi Bank haqqında qanun — qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirə ediləcək.
  2. Ədliyyə orqanlarında qulluq — müvafiq qanuna dəyişiklik layihəsi üçüncü oxunuşa çıxarılacaq.
  3. Əmək Məcəlləsi — əmək qanunvericiliyinə dəyişikliklər üçüncü oxunuşda nəzərdən keçiriləcək.
  4. Hərbi xidmət — hərbi xidmətkeçmə və hərbi vəzifə ilə bağlı qanunlara dəyişikliklər ikinci oxunuşda müzakirə olunacaq.
  5. Telekommunikasiya — bu sahəni tənzimləyən qanuna dəyişiklik layihəsi ikinci oxunuşda təqdim ediləcək.
  6. Məhkəmə, vergi, sosial və tibbi sığorta qanunvericiliyi — bir sıra məcəllə və qanunlara kompleks dəyişikliklər birinci oxunuşda müzakirə olunacaq.
  7. Pulsuz hüquqi yardım — yeni qanun layihəsi ilk oxunuşda müzakirəyə çıxarılacaq.
  8. Sosial müdafiə və insan hüquqları — şəhid ailələri, veteranlar, qaçqın və məcburi köçkünlər, valideyn himayəsindən məhrum uşaqlar, əlilliyi olan şəxslər və uşaqların hüquqları ilə bağlı qanunlara dəyişikliklər nəzərdən keçiriləcək.
  9. Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi — belə şəxslərin həvəsləndirilməsi və hüquqlarının qorunması ilə bağlı qanun layihəsi ilk oxunuşda müzakirə ediləcək.
  10. Məlumat əldə etmək və fərdi məlumatların qorunması — əmək, vergi, cinayət-prosessual qanunvericiliyi və bir sıra digər qanunlara dəyişikliklər təklif olunur.
  11. Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi — hər iki məcəlləyə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə təqdim ediləcək.

    MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir