Azərbaycanın tanınmış xanəndə və müğənnisi, Xalq artisti Zaur Rzayev 74 yaşında vəfat edib.
Sənətkar oktyabrın 29-da müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib. Xəstəxananın məlumatına görə, onun ölümü saat 18:30-da qeydə alınıb. Oktyabrın 14-də ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən sənətkarın həyatını xilas etmək mümkün olmayıb.
Zaur Əlihüseyn oğlu Rzayev 28 yanvar 1952-ci ildə Kürdəmir rayonunun Karrar kəndində anadan olub.
O, 1998-ci ildə Əməkdar artist, 2003-cü ildə Xalq artisti fəxri adına layiq görülüb. 1994-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblına rəhbərlik edib.
Onun məlahətli səsi, ifaları və Azərbaycan musiqisinə verdiyi töhfələr yaddaşlarda yaşayacaq.
Allah rəhmət eləsin! Ailəsinə, yaxınlarına və sənət dostlarına dərin hüznlə başsağlığı veririk.
Dəfn və vida mərasiminin vaxtı barədə hələlik dəqiqləşdirilmiş məlumat açıqlanmayıb.
MUASİRMEDİA.AZ
