Bakıda incəsənət həftəsonu başlayır: Paytaxt üç gün dünya sənətinin mərkəzinə çevriləcək!
Bakıda oktyabrın 30-dan noyabrın 1-dək ikinci dəfə “Fly to Baku – Art Weekend” incəsənət həftəsonu keçiriləcək.
Festivalın məqsədi Azərbaycan mədəni irsini müasir incəsənətlə birləşdirmək, yerli və xarici sənətçilərin yaradıcılığını geniş auditoriyaya təqdim etməkdir.
Proqramda 40-dan çox tədbir, sərgilər, instalyasiyalar, canlı sənət çıxışları, müzakirələr və ustad dərsləri nəzərdə tutulub.
Əsas mövzulardan biri Qafqazın beş simvolik vəhşi heyvanıdır:
-
Qafqaz bəbiri;
-
qonur ayı;
-
boz canavar;
-
qızıl qartal;
-
ceyran.
Bu obrazlar vasitəsilə təbiətin qorunması, insanın ətraf mühit qarşısında məsuliyyəti və gələcək nəsillərə ötürüləcək irs diqqətə çatdırılacaq.
Festivalın tədbirləri aşağıdakı məkanları əhatə edir:
-
Heydər Əliyev Mərkəzi;
-
Azərbaycan Milli İncəsənət Muzeyi;
-
Daş Salnamə Muzeyi;
-
Şirvanşahlar Sarayı;
-
İçərişəhər;
-
Azərbaycan Milli Xalça Muzeyi;
-
Dənizkənarı Milli Park və müxtəlif qalereyalar.
Festival çərçivəsində amerikalı rəssam Cudi Çikaqonun “What If Women Ruled the World?” layihəsi, italiyalı sənətçi Mikelancelo Pistolettonun süni intellektlə əlaqəli “Mirror of Eternity” əsəri də təqdim olunacaq.
Bu tədbir paytaxtın beynəlxalq mədəniyyət xəritəsində mövqeyini gücləndirmək, Azərbaycanın incəsənət potensialını dünyaya tanıtmaq baxımından əhəmiyyət daşıyır.
MUASİRMEDİA.AZ
